Albaniyanın paytaxtı Tiranada ana müxalifətdəki Demokrat Partiyasının (PD) çağırışı ilə hökumət əleyhinə etiraz aksiyası keçirilib. Ölkənin müxtəlif şəhərlərindən gələn nümayişçilərə polisin müdaxiləsi maneəyə çevrilib, küçələr döyüş meydanına çevrilib.
Elchi.az xəbər verir ki, Albaniyanın müxtəlif şəhərlərindən paytaxt Tiranaya gələn nümayişçilər Baş nazirlik binası qarşısına toplaşıb.
Baş nazirliyin qarşısından başlayaraq paytaxt küçələri ilə yürüş edən etirazçılar parlament, Daxili İşlər Nazirliyi, Tirana Bələdiyyəsi və hakim Sosialist Partiyasının (PS) binası qarşısından keçərək etirazlarını davam etdiriblər.
Baş nazirlik başda olmaqla müxtəlif qurumlara molotof kokteyli və tüstü bombası atan nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında dava düşüb.
Bir neçə saat davam edən aksiyada polis gözyaşardıcı qazdan istifadə edərək nümayişçiləri dağıdıb. Nümayişçilər qurumların qarşısındakı məhəccərlərə, avtobus dayanacaqlarına, zibil qutularına və binalara ziyan vurub.
Aksiya zamanı bəzi polislər molotof kokteyli və atılan yad əşyalardan yaralanıb.
Mühafizə Baş İdarəsindən verilən açıqlamada, “Nümayiş zamanı vətəndaşların onlara molotof kokteyli, pirotexniki maddələr və bərk əşyalarla hücumu nəticəsində 10 polis əməkdaşı yaralanıb”. Bəyanat daxil edilib.
Yüzlərlə polisin iştirak etdiyi nümayiş zamanı bəzi yollar nəqliyyata bağlanıb.
Etiraz aksiyası PD millət vəkili Ervin Salianjiyə verilən bir il həbs cəzasına reaksiya olaraq təşkil edilib.
PD həmçinin gələn il keçirilməsi planlaşdırılan ümumi seçkilərə nəzarət edəcək texniki (müvəqqəti) hökumətin yaradılmasını tələb edir.
Ölkədə gərginlik Salianjinin məhkum olunduqdan sonra parlament üzvlüyünü itirməsi səbəbindən yaşanıb. Ötən həftə müxalifət deputatları da parlamentdə etiraz aksiyası keçiriblər.
Salianji bir neçə il əvvəl o vaxtkı daxili işlər naziri Fatmir Xhafajın qohumlarının narkotik alveri ilə məşğul olduğunu iddia edən saxta səs yazısını dərc etməkdə ittiham olunub.
26 sentyabr 2024-cü ildə paytaxt Tirandakı Apellyasiya Məhkəməsi Salianjinin “yalan xəbərdarlığa” görə bir il həbs cəzası verməsi qərarını təsdiqlədi.
PD Apellyasiya Məhkəməsinin qərarının ədalətsiz və siyasi olduğunu müdafiə edərək, millət vəkilləri aksiya və etirazlarını davam etdirəcəklərini açıqlayıblar.
Şayəstə Hüseynova