2023-cü ildə Avropa Kosmik Agentliyi (ESA) və NASA ilə əməkdaşlıq çərçivəsində kainatın indiyə qədər ən böyük 3D xəritəsini yaratmaq üçün istifadəyə verilən Evklid Teleskopunun layihəsinin ilk hissəsi açıqlanıb. Xəritənin yalnız yüzdə 1-ni təşkil edən bu məlumatda Süd Yolunda 14 milyon qalaktika və milyonlarla ulduz möhtəşəm təfərrüatlarla göstərilmişdir.
Elchi.az xəbər verir ki, Evklid missiyasının məqsədi kainatın zaman və məkanda təkamülünü anlamağa çalışmaq və kainatın 95 faizini təşkil edən qaranlıq maddə və qaranlıq enerji kimi sirli hadisələri işıqlandırmaqdır.
208 gigapikseldən ibarət olan bu mozaika layihənin başlanğıcı olaraq kainatın böyük bir hissəsini əhatə edir. Tam xəritənin yaradılması 10 milyard işıq ilinə qədər uzanan milyardlarla qalaktikanın qeydə alınması, səmanın üçdə birini skan etmək üçün altı il müşahidə aparacaq.
Şayəstə Hüseynova