Bildirilib ki, İtaliya hökuməti Rusiya-Ukrayna böhranında Kiyevə hərbi yardımı gələn il ərzində davam etdirmək üçün yeni fərman hazırlayıb.
Elchi.az xəbər verir ki, İtaliyanın ANSA agentliyinin rəsmi mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, Giorgia Meloni başçılıq etdiyi sağçı koalisiya hökuməti Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başladığı müharibədən sonra Kiyevə 10-cu hərbi yardım paketi üçün fərman hazırlayır .
Bildirilib ki, sözügedən fərman İtaliyaya 2025-ci il ərzində Kiyevə silah və texnika göndərməyə davam etməyə imkan verəcək.
Ən son yardım paketi iyul ayında İtaliyada təsdiqləndi və bu paket ikinci Samp-T hava hücumundan müdafiə sisteminin Ukraynaya göndərilməsini təmin etdi.
Nuranə Məmmədova