image-15backend

İsveçrə Fransa ilə hərbi təlimlər keçirəcək

“Neytral statusa malik İsveçrə sentyabrın 3-4-də NATO üzvü Fransa ilə hərbi təlimlər keçirəcək”.

Elchi.az xəbər verir ki, bunu İsveçrə hökuməti açıqlayıb və izah edib ki, söhbət dörd İsveçrə F/A-18 qırıcısının və Fransa Hərbi Dəniz Qüvvələrinin eyni sayda “Rafale” qırıcısının iki ölkənin hava məkanında birgə uçuşlarından gedir.

“İsveçrə Hərbi Hava Qüvvələri və Fransa Hərbi Dəniz Qüvvələri sentyabrın 3 və 4-də birgə hərbi təlimlər keçirəcək”,-deyə İsveçrənin mesajında deyilir.

İki ölkənin hava məkanında bir neçə təlim modulu həyata keçirməsi planlaşdırılır ki, adətən Fransanın şimal-qərbindəki hərbi-dəniz hava bazasında yerləşdirilən 4 fransız qırıcısı İsveçrədəki Payern hava bazasında bir gecəni keçirəcək. Xüsusilə, söhbət hava hücumundan müdafiə təlimlərinin planlaşdırılması, həyata keçirilməsi və təhlili, həmçinin təcrübə mübadiləsindən gedir.

Qeyd edək ki, İsveçrə və Fransa arasında birgə hərbi təlimlər 2018-ci ildə imzalanmış ikitərəfli saziş əsasında həyata keçirilir. Bu, iki ölkənin hava qüvvələri arasında təhsil və təlim sahəsində uzunmüddətli əməkdaşlığın bir hissəsidir və beynəlxalq əməkdaşlıq vasitəsilə müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır.

Yeganə

Mənbə: Reuters.com

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki