image-a7246328-43f0-4d4e-8414-a9044d476f64_w1080_h608-1backend

İsveçin xarici işlər naziri gələn həftə istefa verəcəyini bildirib

İsveçin xarici işlər naziri Tobias Billström gələn həftə istefa verəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə o , “X” sosial şəbəkəsində yazıb.
Bəyanatda deyilir: “Bu gün baş nazirə təəssüf və qürur hissi ilə bildirdim ki, parlamentin çərşənbə axşamı açılışı zamanı mən xarici işlər naziri vəzifəmi tərk edəcəyəm”.
O əlavə edib ki, siyasətdən tamamilə getməyə hazırlaşır və parlamentdəki yerini də tərk edir.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki