İstanbulun Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Güclü zəlzələ bir çox ətraf əyalətlərdə də hiss olunub.
Elchi.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdərə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin 6,92 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Şiddətli zəlzələ ətraf vilayətlərdə, xüsusilə Bursa, Yalova və Tekirdağda hiss olunub.
Dəhşətli zəlzələ səbəbindən vətəndaşlar özlərini küçələrə atıblar.
Nuranə Məmmədova