İsraildə keçirilən sorğu nəticəsində məlum olub ki, ictimaiyyətin 74 faizi baş nazir Netanyahuya inanmır.
Elchi.az xəbər verir ki, “Walla” xəbər saytındakı xəbərə görə, 2024-cü ilin dekabrında Hayfa Universiteti tərəfindən əhalinin bütün təbəqələrini əhatə edən sorğu keçirilib.
Anketin nəticələrinə görə, İsraillilərin yüzdə 74-ü Baş nazir Netanyahuya güvənmir, siyasi partiyalara və Parlamentə güvənməyənlərin nisbəti isə ən aşağı səviyyəyə enərək yüzdə 85 olaraq qeyd edildi.
İsraillilərin 70 faizi Baş nazirin Mətbuat İdarəsi, Maliyyə Nazirliyi və Nəqliyyat Nazirliyi kimi qurumlara, 65 faizi isə Baş Prokurorluğa etibar etmədiyini bildirib.
Əhalinin 55 faizi polisə etibar etmədiyini desə də, 47 faizi dövlət qurumlarından yaxşı xidmət almaq üçün rüşvət verməli olduqlarını düşünür.
Bu arada, Hayfa Universitetinin Siyasi Elmlər Fakültəsində sorğu hazırlayan Eran Viqoda-Gadot və Şlomo Mizrahi xəbərdarlıq ediblər ki, “korrupsiya İsrail hökumətinin bütün səviyyələrində qorxulu dərəcədə geniş yayılıb”.
Tədqiqatçılar İsrail cəmiyyətinin öz siyasi, hüquqi və hüquq-mühafizə sistemlərinə olan inamını dərindən itirdiyinə və nazirliklərin siyasiləşdirilməsinin inamsızlığın artmasına səbəb olduğuna diqqət çəkib.
Şayəstə Hüseynova