Türkiyənin milli qısa mənzilli ballistik raketi “Tayfun” İsrail üçün kabusa çevrilib. ABŞ-dakı lobbi firmaları, “Yaxın Şərqdə ABŞ və Rusiyadan başqa heç bir ölkədə belə bir raket yoxdur. “Bu, İsrail üçün təhlükədir” deyə təbliğat aparmağa başladılar. ABŞ mətbuatının yazdığına görə, prezident Donald Trampın partiyası Respublikaçılar lobbiçi firmalara qulaq asmır.
Elchi.az xəbər verir ki, ABŞ-da yerləşən media qurumları ABŞ Konqresində Türkiyə ilə bağlı lobbiçilik səylərini paylaşır. Konqresdən sızan məlumata görə, yəhudi lobbisi Donald Trampın prezident seçilməsi ilə Konqresin hər iki palatasına (Senat və Nümayəndələr Palatasına) hakim mövqeyə gələn Respublikaçılar Partiyasının üzvlərinə Türkiyəni hədəf alan təbliğat aparmağa başlayıb. Lobbiçilərin nəşrlər üçün təhlillər yazmasına baxmayaraq, Respublikaçılar Partiyasının böyük əksəriyyətinin iddialara qulaq asmadığı bildirilir. Bu iddialardan ən diqqət çəkəni Türkiyənin milli ballistik raketi “Tayfun”un İsrail üçün təhlükə yaratmasıdır. “ABŞ və Rusiyadan başqa regionun heç bir ölkəsində belə silah yoxdur”, – lobbiçilər bildiriblər. “Bu, İsrail üçün təhdiddir” iddiası ilə inkişaf edən Türkiyə müdafiə sənayesinin Yaxın Şərqdə nə qədər təsirli rol oynadığını bir daha ortaya qoydular.
Şayəstə Hüseynova