İsrail yenilənmiş saziş layihəsini Fələstinin Həmas hərəkatına təhvil verib.
Elchi.az xəbər verir ki, “Axios” portalı iki məmura istinadən yazır ki , bu, bəzi israilli girovların azad edilməsini, həmçinin Qəzzada atəşkəs rejimini nəzərdə tutur.
Məqalədə deyilir: “İsrail HƏMAS-a HƏMAS-ın əlində qalan yüzlərlə girovdan bəzilərinin azad edilməsini və Qəzzada atəşkəsin başlanmasını nəzərdə tutan yenilənmiş saziş layihəsini təhvil verib.
Vurğulandığı kimi, İsrailin yeni təklifi ötən həftə ölkənin baş naziri Benyamin Netanyahu , hökumət nazirləri və təhlükəsizlik qurumlarının rəhbərləri arasında keçirilən görüşdə razılaşdırılıb . Layihədə tərəflər arasında danışıqlara imkan yaradan dəyişikliklər daxildir. O cümlədən, 42 gündən 60 günə qədər atəşkəsin təşkil edilməsi təklif edilir.
Nəşrin mənbələrinin məlumatına görə, saziş layihəsinin müddəaları Misir kəşfiyyatının yüksək rütbəli rəsmilərinin diqqətinə çatdırılıb. Onlar bu həftənin əvvəli danışıqlar zamanı onları Həmas nümayəndələrinə təhvil veriblər.
Nuranə Məmmədova