image-israil-harmon-dagi-1-1024x768backend

İsrail: Suriyadakı Hermon dağının işğalı “daimidir”

İsrailin müdafiə naziri Yisrael Katz, beynəlxalq hüquqa uyğun olaraq, Suriyanın Qolan Təpələrində işğalını genişləndirdikləri Şeyx (Hermon) dağında “daimi” olacaqlarını iddia etdi.
Elchi.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Katz Bəşər Əsəd rəhbərliyinin dağılmasından sonra İsrail ordusunun işğal etdiyi Hermon dağına gedərək, hərbi səlahiyyətlilərlə “qiymətləndirmə görüşü” keçirib.
İsrail əsgərlərinin Qolan təpələrində qeyri-qanuni yəhudi məskunlaşanları və İsrailin şimalında yaşayanları qorumaq üçün Hermon dağında olduğunu iddia edərək işğalı müdafiə edən Katz bölgədəki işğalın “müəyyən müddətsiz” olduğunu bildirib.
Katz, İsrailin Suriyanın cənubunda “dost xalqlarla” əlaqə quracağını vurğulayaraq, “İsraildəki Dürzi qardaşlarımızla tarixi və yaxın qohumluq əlaqələri olan böyük Druzi icmalarına xüsusilə diqqət yetirəcəyik” – deyib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki