image-thumbs_b_c_a38ab9b1103c6c6f0451b2db52981cffbackend

İsrail Qəzzada mülki şəxslərin qaldığı çadırları hədəfə alıb: 20 ölü

İsrail ordusunun Qəzza zolağının cənubunda didərgin düşmüş mülki əhalinin qaldığı çadırlara endirdiyi hava zərbələri nəticəsində aralarında qadın və uşaqların da olduğu 20 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib.
Elchi.az xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada, İsrail ordusunun cənubdakı Xan Yunusun şimal-qərbində “təhlükəsiz bölgə” olaraq iddia etdiyi əl-Məvasi bölgəsindəki köçkün vətəndaşları və ərzaq anbarlarını bombaladığı bildirilib.
Səhiyyə mənbələrindən alınan məlumata görə, hücumda aralarında qadın və uşaqların da olduğu 20 fələstinli həyatını itirib, onlarla insan yaralanıb.
Şahidlərdən alınan məlumata görə, İsrail ordusuna məxsus helikopter Mevasidə məcburi köçkün edilmiş fələstinlilərin çadır və qalay otaqlarını bombalayıb, düşərgədə yanğın başlayıb.
Düşərgədəki bəzi çadırlar və tənəkə otaqları yanıb, düşərgə sakinləri yanğını söndürmək və yaralıları xilas etmək üçün səy göstəriblər.
İsrailin hücumu qadın və uşaqlar arasında qorxu və panikaya səbəb olub.
Qəzza Mülki Müdafiə Müdirliyi də Rəfahdakı qrupların Xan Yunusdakı köçkünlərin çadırlarında baş verən yanğını söndürmək üçün çalışdığını bildirib.
Şahidlər həmçinin bildiriblər ki, İsrail döyüş təyyarələri Mevasidə Hebron küçəsində “Astal” ailəsinə məxsus əkinçilik sahələrini bombalayıb.
Digər tərəfdən, Fələstinin rəsmi xəbər agentliyi WAFA İsrail ordusunun Qəzza zolağının şimalındakı Cibaliya bölgəsində Vail Əbu Zine adlı fələstinli jurnalistin evini bombaladığını bildirib.
Xəbərdə jurnalist Əbu Zinin hücumda yaralandığı qeyd edilib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki