image-44backend

İsrail qəzetinə sanksiya tətbiq edildi

İsrail Nazirlər Kabineti yekdilliklə İsrailin ən qədim qəzeti olan “İsrail” qəzetinə qarşı sanksiyaların tətbiqinə səs verib.

Elchi.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Amerika televiziya kanalının məlumatına görə, hökumətin qərarı oktyabrın 7-də HƏMAS-ın terror aktından sonra Qəzza zolağında gedən döyüşlərlə bağlı qəzetin tənqidi materialları və bəzi İsrail rəsmilərinin məsuliyyətə cəlb edilməsi çağırışları ilə bağlıdır.

İsrail qəzeti bu addımı tənqidi, müstəqil qəzeti susdurmaq cəhdi kimi qiymətləndirib”, – CNN yazır.

Bundan əvvəl Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Aİ-nin İsrailə qarşı ticarət və siyasi sanksiyaların tətbiqi məsələsini müzakirə edəcəyini bildirmişdi. Söhbət Qəzza zolağının İsrail tərəfindən işğal olunmuş ərazilərində istehsal olunan məhsulların Avropaya idxalına qadağa qoyulması ehtimalından gedir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki