image-cadir-gazze-a-2290400_1backend

İsrail ordusu Qəzzada çadır düşərgələrinə hücum edib

Qəzza zolağının cənubunda “təhlükəsiz” elan edilən ərazidə işğalçı İsrail ordusunun çadırlara təşkil etdiyi hücumlarda 2-si uşaq olmaqla 7 fələstinli həyatını itirib.
Elchi.az xəbər verir ki, İsrail ordusu Qəzzanın cənubundakı Xan Yunus şəhərində “təhlükəsiz” olduğunu iddia etdiyi köçkünlərin çadırlarını bombalayıb.
İsrailin hücumları nəticəsində çadırların alışması nəticəsində 2-si uşaq ən azı 7 fələstinli həyatını itirib.
Qəzza Mülki Müdafiə Müdirliyindən verilən açıqlamada, axtarış-xilasetmə qruplarının hücumlara məruz qalan çadırlardan bəzi ölən və yaralıları çıxarmağa müvəffəq olduğu bildirilib.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17 min 492-si uşaq, 11 min 979-u qadın olmaqla 45 min 259 fələstinli ölüb, 107 min 627 nəfər yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki