İsrail ordusu son saatlarda Qəzza zolağının bəzi bölgələrində fələstinlilərə və bir avtomobilə atəş açaraq HƏMAS ilə atəşkəs razılaşmasını pozduğunu, çünki onlar öz qüvvələrinə “təhlükə” yaratdığını etiraf edib.
Elchi.az xəbər verir ki, ordunun X platformasından verdiyi açıqlamada mövzu ilə bağlı məlumat verilib.
Bəyanatda ordu qüvvələrinin son saatlar ərzində Qəzzanın bəzi bölgələrində fasilələrlə atəş açdığı, “ordu qüvvələrinə doğru irəliləyən və onlara təhlükə yaradan şübhəliləri aradan qaldırmaq üçün” iddiası ilə qeyd edilib.
Açıqlamada, İsrail ordusuna aid pilotsuz uçuş aparatının (PUA) Qəzzanın mərkəzindən şimala doğru hərəkət edən bir avtomobilə “atəşkəs razılaşmasına əsasən keçidə icazə verilməyən bölgədən nəzarətsiz keçdiyi iddiası ilə” atəş açıldığı bildirilib.
İsrail ordusu dəfələrlə pozulmasına baxmayaraq atəşkəs razılaşmasına tam əməl etdiyini iddia edərək Qəzza zolağında istənilən ssenariyə hazır olduğunu bəyan edib.
İsrailin 2023-cü il oktyabrın 7-dən atəşkəsə qədər Qəzza zolağına təşkil etdiyi hücumlarda təxminən 17.841-i uşaq, 12.298-i qadın olmaqla, 47.417 fələstinli həlak olub, 111.571 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilsə də, mülki infrastruktur da dağılıb, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəfə alınıb.
HƏMAS və İsrail arasında Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması yanvarın 19-u, bazar günü GMT vaxtı ilə 12:15-də qüvvəyə minib.
Şayəstə Hüseynova