İsrail ordusu Livanın şərqindəki Baalbek şəhərinin çölünə hava zərbələri endirib.
Elchi.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-da dərc olunan xəbərdə İsrail ordusunun 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəs rejimini pozmağa davam etdiyi qeyd edilib.
Xəbərdə İsrail döyüş təyyarələrinin şərqdə Baalbekə bağlı olan Cinta qəsəbəsi yaxınlığındakı ərazini bombaladığı bildirilib.
Digər tərəfdən İsrail ordusundan verilən yazılı açıqlamada kəşfiyyat məlumatlarına uyğun olaraq Livandakı bəzi Hizbullah hədəflərini hava hücumları ilə vurduqları bildirilib.
“Hücumlardan əvvəl atəşkəs monitorinqi mexanizminə hədəflərin İsrailin daxili cəbhəsini və ordusunu təhdid etdiyi barədə məlumat verilib, lakin onlara qarşı heç bir addım atılmayıb”, – bəyanatda həmçinin, Hizbullahın silah qaçaqmalçılığı üçün istifadə etdiyi marşrutun olduğu da bildirilir Hava hücumları çərçivəsində Suriya-Livan sərhədinin hədəf alındığı qeyd edilib.
Şayəstə Hüseynova