İsrail ordusu Hizbullah lideri Həsən Nəsrullahın dünən Livanın paytaxtı Beyruta hücumu zamanı öldüyünü açıqlayıb. Hələlik Hizbullahdan heç bir açıqlama verilməyib.
Elchi.az xəbər verir ki, İsrail Ordusu Hizbullah lideri Həsən Nəsrullahın cümə günü Livanın paytaxtı Beyrutdakı Hizbullah qərargahına edilən hücumda öldüyünü açıqlayıb.
Ordu Hizbullahın cənub cəbhəsinin komandiri Əli Kerakinin də öldürüldüyünü açıqlayıb.
İsrail ordusu Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi üçün keçirdiyi əməliyyatı “Yeni Nizam” adlandırdığını açıqlayıb.
Hizbullah hələ 32 ildir Hizbullaha rəhbərlik edən Nəsrullahın taleyi ilə bağlı açıqlama verməyib. Hizbullaha yaxın mənbə də AFP-yə bildirib ki, dünən gecədən bəri Nəsrullahdan xəbər yoxdur.
Jerusalem Post-un məlumatına görə, eyni hücumda Hizbullah liderinin qızı Zeynəb Nəsrullah da öldürülüb. Qəzetin yazdığına görə, Zeynəb Nəsrullahın ölümü təsdiqlənərsə, Hizbullah üçün mühüm simvolik məna daşıya bilər və qrupun İsraillə gərginləşən münaqişəyə reaksiyasına təsir göstərə bilər.
Nəsrullahın öldürüldüyü xəbərindən sonra İsrail Baş Qərargah rəisi Herzi Halevi, ” Mesaj sadədir, İsrail Dövlətinin vətəndaşlarını təhdid edən hər kəsə necə çatacağımızı bilirik. ”
Nuranə Məmmədova