İsrail ordusu Livanın cənubunda baş verən qarşıdurmalarda daha bir əsgərinin öldüyünü açıqlayıb. Livandakı qarşıdurmalarda həlak olan İsrail əsgərlərinin sayı 19 nəfər olub.
Elchi.az xəbər verir ki, ordudan verilən açıqlamada ölən əsgərin mayor rütbəsinin olduğu bildirilib. Sentyabrın 30-da Livanda quru işğalı başlayandan bəri baş verən qarşıdurmalarda ölən İsrail əsgərlərinin sayı 19-dur.
İsrail ordusu sentyabrın 30-da Livanın cənubunda Hizbullahın infrastrukturuna qarşı “məhdud və intensiv” qurudan hücumlara başladığını bildirib.
Şayəstə Hüseynova