İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinin cənubundakı Kabatiye qəsəbəsində 48 saatlıq komendant saatı tətbiq edəcəyi bildirilir.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, Cenin valisi Kamal Əbu Rub İsrail qüvvələrinin səhər saatlarından etibarən Kabatiya bölgəsinə genişmiqyaslı hücuma keçdiyini və 48 saatlıq komendant saatı elan etdiyini bildirib.
Kabatiye Bələdiyyə Başçısı Əhməd Zekarne bildirib ki, İsrail ordusu səhər saatlarında qəsəbəyə basqın etdikdən sonra giriş və çıxışı tamamilə qadağan edib.
Zekarne, İsrail buldozerlərinin yolları qazdığını və infrastrukturu zədələdiyini, İsrail əsgərlərinin isə məhəllələrə yayıldığını, evlərə basqın etdiyini və bəzi binaları hərbi qərargahlara çevirdiyini bildirib.
Hadisə şahidləri bildiriblər ki, səhər saatlarında İsrail hərbi maşınları və buldozerləri əraziyə daxil olaraq, İraq Şəhidləri Qəbiristanlığının divarlarını söküb, su və elektrik xətlərini kəsiblər.
Sosial şəbəkələrdə yayılan videoda İsrail buldozerinin elektrik xətlərini kəsdiyi və naqillərin alovlandığı əks olunub.
Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının qüvvəyə minməsindən sonra yanvarın 21-də başladığı Cenin şəhərinə hücumunu genişləndirən və gücləndirən İsrail ordusu, verdiyi açıqlamada Cenin şəhəri yaxınlığındakı kəndlərə də hücumlar təşkil etdiyini açıqladı.
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki hücumlarını genişləndirərək 2002-ci ildən bəri ilk dəfə tanklarla Ceninə girəcəyini açıqlayıb.
“Yedioth Ahronot” qəzeti işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin yaxınlığında son 22 ildə ilk dəfə İsrail tanklarının göründüyünü yazıb.
Şayəstə Hüseynova