image-172829571013436692256703b31e23668backend

İsrail naziri Smotriçin “ilhaq” bəyanatını pisləyib

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell İsrail naziri Bezalel Smotriçin İordan çayının qərb sahilinin ilhaqı ilə bağlı açıqlamalarını pisləyib.
Elchi.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriçin 2025-ci ilin işğal altındakı İordan çayının qərb sahilinin “ilhaq ili” olacağı ilə bağlı açıqlamalarına reaksiya verib.
Borrell X hesabında Smotrich-in 2025-ci ilin işğal altındakı Qərb Şəriyənin “ilhaq ili” olacağına dair açıqlamaları ilə bağlı bir yazı paylaşıb.
İsrailli nazirin açıqlamalarını “birmənalı şəkildə pislədiyini” ifadə edən Borrell, “Bu cür bəyanatlar beynəlxalq hüququ pozur, fələstinlilərin hüquqlarını pozur və iki dövlətli həll ehtimalını təhdid edir” deyib.
Dünən rəhbərlik etdiyi ifrat sağçı Dini Sionizm Partiyasının qrup toplantısında Smotriç İsrailin işğal altındakı İordan çayının qərb sahilini ilhaq etməyin vaxtının çatdığını və 2025-ci ilin İordan çayının qərb sahilinin “ilhaq ili” olacağını iddia edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki