image-snimok-yekrana-147backend

İsrail Livanın şərqini vurdu: 31 ölü

İsrail qüvvələri Livan şəhərlərini hədəfə almaqda davam edir. İsrail ordusunun Livanın şərqindəki Bekaa vadisi və Baalbek bölgəsində həyata keçirdiyi hücumlarda 31 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, İsrail qüvvələri Livana zərbələr endirməkdə davam edir.
Livan Səhiyyə Nazirliyinin verdiyi açıqlamada və rəsmi Livanın xəbər agentliyində yer alan xəbərdə İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı məlumat verilib.
İsrail ordusunun Livanın şərqindəki Bekaa vadisinə ardıcıl həyata keçirdiyi hava hücumlarında ilkin məlumatlara görə 11 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.
İsrail döyüş təyyarələrinin Livanın şərqindəki Baalbek şəhərinə hücumu nəticəsində 20 nəfər həyatını itirib.
Ölənlər arasında qadın və uşaqlar olsa da, çoxlu sayda yaralı var.
Digər tərəfdən Hizbullah tərəfindən edilən yazılı açıqlamada gün ərzində İsrailə qarşı 28 hücumun təşkil edildiyi qeyd edilib.
Açıqlamada, hücumlarda Hayfanın cənubunda və Təl-Əvivin şərqindəki İsrail hərbi bazaları və təlim düşərgələri ilə yanaşı, hərbi birləşmələr və ələ keçirilən Fələstin torpaqlarının raket və pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alındığı bildirilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki