İsrail ordusu səhər saatlarından etibarən Livanın cənubunda və şərqində 300-dən çox “hədəf”ə hava zərbələri endirdiyini açıqlayıb. Livanın Səhiyyə Nazirliyi 50 nəfərin öldüyünü, 300 nəfərin yaralandığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-da yer alan xəbərə görə, İsrail döyüş təyyarələri ölkənin cənubundakı Ən-Nəbatiyyə şəhərinin Əl-Zərrariya və Ənsar qəsəbələri arasındakı bölgələrə və vadilərə hava zərbələri endirib.
Hücumlarda Abba, Cebşit, Es-Sharkiye, En-Nemriye, Kefer Tenbit, Nabatiye el-Fevka, Deyr ez-Zehrani, Rumin, Humin el-Fevka, Yahmur, Arnun və Sajd qəsəbələri ətrafı, Kefer Rumman şosesi, Etdə -Tuffah bölgəsi, təpələr və Ər-Rayhan dağı kimi bir çox nöqtə hədəfə alındı.
Eyni zamanda İsrail ölkənin şərqindəki Bekaa, Şəmstar, Budayi, Ən-Nəbi Şeyt və Bealbek kimi bir çox bölgəyə hava zərbələri endirib.
İsrail döyüş təyyarələri həmçinin Livanın cənubundakı Ed-Dalafe şəhərinin kənarındakı Litani çayının yatağı və Surun şərqindəki əraziləri intensiv şəkildə bombalayıb.
Nuranə Məmmədova