İsrail Müdafiə Qüvvələri (IDF) Livandan İsrailin şimalına 25 raket atıldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, İsrail mediası İsrail ordusunun bu gün Livandakı Hizbullah hədəflərinə hücum etdiyini elan etdikdən sonra Livandan İsrailin şimalına 25 raket atıldığını açıqlayıb.
İsrail polisinin verdiyi açıqlamada, raket hücumlarının bölgədə dağıntı və yanğına səbəb olduğu, xəsarət alan olmadığı bildirilib.
Şayəstə Hüseynova