image-snimok-yekrana-132backend

İsrail kəşfiyyatı xəbərdarlıq etdi! “Dövlət terroru yaradırıq”

Məlum olub ki, Qəzzada qətliam törədən İsraildə görünməz daxili mübarizə gedir. Ölkənin daxili kəşfiyyat xidməti ilə yanaşı, Şin Bet; Ordu və polis qüvvələri də hər sahədə Netanyahu hökuməti ilə münaqişədədir. Şin Betin hökumətə təqdim etdiyi hesabatlarda israilli köçkünlərin “fələstinlilərə qarşı terror aktları törətdiyi”, müdafiə naziri Yoav Gallantın isə “müharibə qaydalarına məhəl qoymamaq”da ittiham olunanlar arasında olduğu bildirilir.
Elchi.az xəbər verir ki, Dünyanın ən köklü və təsirli beynəlxalq siyasət jurnalı sayılan “Foreign Affairs”də (FA) dərc olunan “İsrailin gizli müharibəsi” adlı təhlil məqaləsində diqqəti çəkən məlumatlar yer alıb. Ölkənin daxili kəşfiyyat bölməsi Şin Bet hökumətə hesabat yazaraq, israilli köçkünlərin fələstinlilərə qarşı terror aktları törətdiyini bildirib. Şin Bet hesabatında mövcud vəziyyətin qəbuledilməz olduğu vurğulansa da, ölkə işçiləri hökumətlə gizli müharibə aparır. Ordu heyəti hökumətin 2016-cı ildən bəri asayişi tanımadığına inansa da, mövcud gərginliyin “böyük böhran həddinə çatdığı” iddia edilir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki