image-thumbs_b_c_f90b0f2a3184dd43180f79b53e827795backend

İsrail həbsxanalarında iki fələstinli həyatını itirib

Biri işğal altındakı İordan çayının qərb sahilindən, digəri isə Qəzza zolağından soyqırımın davam etdiyi İsrail həbsxanalarında iki fələstinlinin həyatını itirdiyi bildirilib.
Elchi.az xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi və Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azadlığa Çıxan Nümayəndə heyəti birgə bəyanatla çıxış edib.
Açıqlamada İordan çayının qərb sahilinin Nablus şəhərindən olan 61 yaşlı Semih Aleyvi və Qəzzadan olan 41 yaşlı Ənver Eslimin İsrail həbsxanalarında öldüyü bildirilib.
10 ilə yaxındır həbsdə olan Aleyvinin hazırda Remle həbsxanasında saxlandığı, xəstəxanaya köçürülən Aleyvinin noyabrın 6-da dünyasını dəyişdiyi bildirilib.
Açıqlamada Aleyvinin vəkilinə xüsusilə müalicəyə aparılarkən işgəncələrə məruz qaldığını, həbsxanada 40 kilo arıqladığını və ona verilən yeməyi yeyə bilmədiyi bildirilib.
Eslimin 2023-cü il dekabrın 8-dən İsrailin cənubundakı Negev həbsxanasında saxlandığı və ailəsinin verdiyi açıqlamaya görə Eslimin saxlanmazdan əvvəl səhhətində ciddi problem olmadığı bildirilir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki