Qəzzanın mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində məcburi köçkün fələstinlilərin yerləşdiyi məktəbə İsrail qüvvələri tərəfindən hücum edilib. Hücumda 18 fələstinlinin həyatını itirdiyi bildirilib.
Elchi.az xəbər verir ki, İsrail dinc sakinlərin sığındığı məktəbi yenidən vurub.
İsrailin Qəzzanın mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində məcburi köçkün fələstinlilərin yaşadığı məktəbə təşkil etdiyi hücumda aralarında uşaq və qadınların da olduğu 18 fələstinli həyatını itirib.
Əl Avde Xəstəxanasından bir tibb mənbəsi AA müxbirinə İsrailin məktəbi hədəf alan hücumu nəticəsində 18 nəfərin həyatını itirdiyini, aralarında uşaq və qadınların da olduğu çox sayda yaralının xəstəxanaya gətirildiyini bildirib.
Şahidlər həmçinin İsrailin Nusayrat Qaçqınlar Düşərgəsində minlərlə məcburi köçkün fələstinlinin sığındığı “Müfti” adlı məktəbi vurduğunu bildirib.
Şayəstə Hüseynova