image-israil-duyurdu-hizbullahtan-israilin-kuzeyine-180-roket-zafnbackend

İsrail elan etdi! Hizbullahdan İsrailin şimalına 180 raket atılıb

İsrail Hizbullahın ölkənin şimalına 180 raket atdığını açıqlayıb. Hizbullah xəbərdarlıq edib ki, Livana hücuma davam edərsə, şimaldakı liman şəhəri Hayfa da daxil olmaqla, İsrailə qarşı hücumlarını gücləndirəcək.
Elchi.az xəbər verir ki, İsrailin Livana hücumları Yaxın Şərqdə gərginliyi artırsa da, Hizbullah İsrailə qarşı ən güclü hava hücumlarından birini həyata keçirib. İsrail Müdafiə Qüvvələri (IDF) Hizbullahın ölkənin şimalına 180 raket atdığını açıqlayıb.
Hizbullahın verdiyi bəyanatda İsraili Livana qarşı hücumlarını dayandırmağa çağırıb və xəbərdarlıq edib: “İsrail hücumlarını gücləndirərsə, Hayfa və digər şəhərlər ən az Kiryat Şmona, Metula və digər şəhərlər qədər raketlərimizin hədəfi olacaq”.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki