image-israil-beyruta-bomba-yagdirdi-umc5backend

İsrail Beyruta bomba atdı!

İsrail Livanın paytaxtı Beyrutun cənubuna hava zərbələri endirib.
Elchi.az xəbər verir ki, İsrail Ordusunun sözçüsü Avichai Adraee X hesabında etdiyi paylaşımda Beyrutun cənubunda Hizbullahın silah anbarını vurduqlarını iddia edib.
Hücumlar Adraee Beyrutun cənubundakı bəzi yerləri Hizbullaha aid olduqlarını iddia edərək hücumla hədələməsindən sonra baş verib.
İsrail oktyabrın 10-dan Beyruta hücum etməmişdi.
2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 8-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 2350 nəfər ölüb, 10906 nəfər yaralanıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki