image-download-47backend

İspaniyanın baş naziri: Ukraynaya qoşun göndərmək hələ tezdir

İspaniyanın baş naziri Pedro Sançes Ukrayna və Rusiya arasında müharibənin davam etdiyi üçün Avropa İttifaqı (Aİ) ölkələrinin Ukraynaya sülh üçün qoşun göndərməsinin “vaxtından tez” olduğunu deyib.
Elchi.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi ilə Parisdə keçirilən “fövqəladə sammit”in ardından ABŞ-ın təşəbbüsü ilə Rusiya ilə Ukrayna arasında mümkün sülh danışıqlarının gündəmə gətirilməsindən sonra Sançes mətbuata açıqlama verib.
Avropa mətbuatının yazdığına görə, Paris görüşünə qatılan avropalı liderlər arasında “fikir ayrılığına səbəb olduğu” iddia edilən AB-nin Ukraynaya qoşun göndərməsi ehtimalına gəlincə, Sançes “Bu barədə düşünmək hələ tezdir, sülh üçün şərait hələ yaradılmayıb. Ukraynada hələ də müharibə gedir. Orada öz ölkələrinin təhlükəsizliyini və Avropa modelini müdafiə edən əsgərlər var” deyib.
“Ukraynanın hələ də beynəlxalq ictimaiyyətin, xüsusilə də Avropanın dəstəyinə ehtiyacı var. İşğalçıdan (Rusiyadan) başqa heç kimin istəmədiyi bu müharibə davam etdikcə, biz İspaniya hökuməti Ukraynanı dəstəkləməyə davam edəcəyik”, – Sançes bildirib.
“ABŞ rəhbərliyinin mümkün sülh danışıqlarına başlamaq üçün təməllər atdığını və sülh üçün fürsət olduğunu” qeyd edən Sançez, “Putin Rusiyasının xarici torpaqları ilhaq etməsi ilk dəfə deyil. Biz bu sülh danışıqlarını yeni saxta bağlanmaya çevirə bilmərik. Davamlı və ədalətli sülh olmalıdır. Bu, Ukrayna və Avropa İttifaqının iştirakını tələb edir”  deyə açıqlama verib.
“Ukraynada müstəqillikdən və buna görə də sülhdən danışmaq həm də Avropada təhlükəsizlikdən danışmaq deməkdir. Bunlar bir medalın iki üzüdür. Bu sülh həm də çağırışlar qarşısında daha güclü Avropanı gətirməlidir. Biz Avropa İttifaqı üçün çox həlledici dövrdəyik”, – Sançes bildirib.
İspaniya hökumətinin müdafiə xərclərini ümumi daxili məhsulun yüzdə 2-yə çatdıracağına söz verdiyini də xatırladan Sançes, “Müdafiə və təhlükəsizliyə daha çox xərcləmək üçün maliyyə qaydaları dəyişdirilməlidir” – deyib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki