image-ispanya-sel-reu-2299054_1backend

İspaniyada yeraltı avtomobil parkında kütləvi məzarlıq qorxusu

İspaniyaya təsir edən güclü yağışlar 1973-cü ildən bəri ən ölümcül daşqınlara səbəb olub. Həyatını itirənlərin sayının 214-ə yüksəldiyi, ən az 2 min adamın isə itkin düşdüyü iddia edilir. İspaniya kral ailəsi və baş nazir Sançes Valensiyaya səfər edib. O, ictimai reaksiyalara görə qısa müddətdə bölgəni tərk etməli olub.
Elchi.az xəbər verir ki, İspaniya son onilliklərin ən pis daşqınları ilə mübarizə aparır.
Son 28 ilin ən güclü yağışı Valensiyada qeydə alınıb. Yağışa hazırlıqsız qalan rayon sakinləri binaların zirzəmilərində və aşağı mərtəbələrində sıxılmış vəziyyətdə qalıblar.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki