image-ispanyada-dogum-sayisinda-buyuk-dusus-yeilbackend

İspaniyada doğulanların sayında böyük azalma

Əhali artımının immiqrantlardan asılı olduğu İspaniyada son 10 ildə doğum sayının 25 faiz azaldığı müəyyən edilib.
Elchi.az xəbər verir ki, İspaniya Statistika İnstitutunun (INE) açıqladığı məlumatlara görə, İspaniyada ilin ilk 6 ayında doğulan körpələrin sayı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalaraq 156 min 202 olub.
Statistikada diqqəti çəkən digər element 40 yaşdan yuxarı olanlar istisna olmaqla, bütün yaş qruplarında doğulanların sayının azalması olub.
İlin ilk 6 ayında 2014-cü ilin eyni dövrü ilə müqayisədə 40-44 yaş arasında doğulanlarda 5,4 faiz, 45-49 yaşda olanlarda 76,7 faiz, 50 yaşdan yuxarılarda isə 137 faiz artım qeydə alınıb. .
İspaniyada analıq yaşının hər il artdığı, 2023-cü ildə doğulan uşaqların 40 faizinin anasının 35 yaşdan yuxarı olacağı qeyd edilib.
Mütəxəssislər bildirirlər ki, qadınların ana olma yaşının ləngiməsi iqtisadi və sosial amillərlə bağlıdır.
İspaniyada 2023-cü ilin sonundakı rəsmi rəqəmlərə görə, ölkə əhalisinin bir il əvvələ görə yüzdə 1,06 artaraq 48 milyon 592 min 909 olduğu, əhalinin yüzdə 13,4-nün əcnəbilərdən ibarət olduğu bildirildi.
Ölkədə əhalinin artımında əsas amil immiqrantlardır.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki