image-2297079_2backend

İspaniyada daşqın: Çoxlu itkilər var

İspaniyanın xüsusilə şərq və cənub bölgələrini təsir edən leysan yağışlar səbəbindən 7 nəfərin itkin düşdüyü bildirilib.
Elchi.az xəbər verir ki, Mülki Yardım Agentliyindən verilən açıqlamada Valensiya, Mursiya, Malaga, Tarraqona, Mayorka və Almeriya şəhərlərində rekord miqdarda yağan yağışlar nəticəsində əkinçilik sahələrinə ziyan dəyib, çox sayda avtomobili sel suları apardığı, bəzi yolların və körpülərin dağıldığı bildirilib.
İspaniya mətbuatında çıxan xəbərlərdə sel və daşqınlar nəticəsində Valensiyada bir nəfərin, Albasete şəhərində isə 6 nəfərin itkin düşdüyünə dair məlumatlar var.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki