image-db12bc7e-18bc-39a1-938c-fc6133312ed1_850backend

“İslami Cihad” azad ediləcək iki girovu qaytarıb

Fələstinin “İslami Cihad” təşkilatı İsraillə əlavə mübadilə çərçivəsində bu gün azad ediləcək iki israilli girovu müttəfiqlərinə təhvil verib.

Elchi.az  TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın hərbi qanadı olan “Səraya əl-Qüds” qruplaşmasının “Telegram” kanalında məlumat verilib.

“İsrailli girovlar Arbel Yehud və Qadi Mozes müttəfiqlərə təhvil verilib və İsraillə razılaşma çərçivəsində bu gün azad ediləcəklər”, – məlumatda qeyd olunur.

Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı olan “Əl-Qəssam” briqadaları israilli girov Aqam Bergeri Qəzza zolağındakı Cəbaliyə düşərgəsində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki