image-203f42ea-6c4a-3bd5-94d9-6ca75badaa6f_850backend

İrəvan və Bakı arasında sülh sazişinin imzalanması sabitlik üçün əsas elementdir

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin hazırlanması üzrə iş Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün əsas məsələlərdən biridir.

Elchi.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu KTMT Birləşmiş Qərargahının rəisi general-polkovnik Andrey Serdyukov brifinqdə bildirib.

“Regionda vəziyyət qeyri-sabit olaraq qalır. Onun tənzimlənməsi prosesi davam edir. Bunun da mərkəzi aspekti Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin hazırlanması üzrə işdir”, – o qeyd edib.

O, həmçinin vurğulayıb ki, regionda gərginliyə Qərb ölkələrinin Cənubi Qafqazda öz təsirini möhkəmləndirmək cəhdləri səbəb olur.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki