image-26b07128-bf31-3309-972d-cba69f07c09d_850backend

İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil

İrəvan öz səfiri Razmik Xumaryanı Minskə geri qaytarmaq niyyətində deyil.

Elchi.az xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan”ın mənbələri məlumat verib.

Bildirilib ki, səfir 2024-cü ilin iyununda məsləhətləşmələr üçün Ermənistana geri çağırılıb və o vaxtdan Belarusa qayıtmayıb.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda keçirilən iclasında mübahisə ediblər. Paşinyan iclasda onlayn formatda iştirak edib.

Son vaxtlar İrəvanla Minsk arasında münasibətlər xeyli soyuyub. Hər iki ölkənin Xarici İşlər nazirlikləri iyunda nota mübadiləsi aparıblar.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki