image-iragcibackend

İrandan Türkiyə-Suriya münasibətləri ilə bağlı açıqlama

İranın xarici işlər naziri Abbas İraqçı Suriyanın xarici işlər naziri Bassam əs-Sabbaq ilə keçirdiyi birgə mətbuat konfransında Türkiyə ilə Suriya arasındakı danışıqlar prosesi ilə bağlı deyib: “Biz Türkiyə ilə Suriya arasında ərazilərə hörmət çərçivəsində əlaqələrin inkişafını dəstəkləyirik”.
Elchi.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas İraqçı rəsmi danışıqlar üçün Tehrana gələn Suriyanın xarici işlər naziri Bassam əs-Sabbaq ilə görüşüb.
İkitərəfli görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında İraqçı həmkarı ilə regional inkişafları müzakirə etdiklərini ifadə edərək, “Faydalı və müsbət görüş oldu. Qəzza və Livandakı son hadisələri və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasını müzakirə etdik. “Biz həmişə Suriya xalqının yanında olmuşuq və bundan sonra da qalacağıq”.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki