“Son dövrlərdə İran diplomatiyasının daha güclü olmasının səbəbi bu ölkənin enerji daşıyıcıları ilə bağlı dünyanın alternativ gücləri ilə, əsasən də Çin ilə əlaqələri ilə bağlıdır. Həmçinin Bəndər-Abbas boğazından yüklərin daşınması da bu ölkənin logistik əhəmiyyətini artırır. O cümlədən Suriya məsələsi ilə bağlı üçlü ölkələrin görüşləri də var idi və Rusiya- İran-Türkiyə liderlərinin görüşləri baş tuturdu. Bu dəfə isə həm Xəzərlə bağlı, həm yükdaşımalarla bağlı , həm bölgədə yeni güc mərkəzlərinin ortaya çıxması ilə bağlı məsələlər görüşdə müzakirə olunacaq”.
Bu sözləri Sitat.info-ya açıqlamasında Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib.