image-8758609e-cbb5-32d4-ba48-a2e8937b91b4_850backend

İran Prezidenti Qətər əmiri ilə görüşmək üçün Dohada səfərdədir

İran Prezidenti Məsud Pezeşkian Qətərdə rəsmi səfərdədir.

Elchi.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bu, Pezeşkianın İran Prezidenti vəzifəsinə başladıqdan sonra ərəb ölkəsinə ilk səfəridir. Onun bu gün Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcəyi planlaşdırılır.

Pezeşkianın oktyabrın 3-də Qətərdə Asiya Əməkdaşlıq Dialoqunun üçüncü sammitində iştirak edəcəyi gözlənilir. 2023-cü ilin oktyabr ayından təşkilata İran sədrlik edir.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki