image-iran-nuve-silahibackend

İran: Bizim nüvə fəaliyyətimiz şəffaf və dinc xarakter daşıyır

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ölkəsinin nüvə fəaliyyətinin şəffaf olduğunu və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarəti altında həyata keçirildiyini bildirib.
Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İslami kabinet iclasından sonra mətbuat mənsublarının suallarını cavablandırıb.
İslami deyib: “İranın nüvə proqramı və marşrutu aydındır. O, şəffaf və dincdir. Bizim bütün fəaliyyətlərimiz MAQATE-nin nəzarəti altında və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsindədir”.
Proqram çərçivəsində uranın zənginləşdirmə səviyyəsinin maksimum 60 faiz olaraq təyin edildiyini ifadə edən İslami, “Fərqli hədəflərə görə fərqli zənginləşdirmə dərəcələrimiz var. Əhəmiyyətli olan odur ki, səmərəliliyi artıra bilərik. İrəli səviyyəni də daxil etdik – deyib.
İran və İngiltərə, Fransa və Almaniya xarici işlər nazirlərinin müavinlərinin noyabrın 29-da Cenevrədə İranın nüvə proqramı və regional hadisələri müzakirə etmək üçün görüşəcəkləri gözlənilir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki