image-shutterstock_1784660192-pic_32ratio_900x600-900x600-31125backend

İran-ABŞ danışıqlarının üçüncü raundunun harada keçiriləcəyi məlum olub

Təsnim: İran-ABŞ danışıqlarının üçüncü raundu Omanın paytaxtı Maskatda keçiriləcək.
Elchi.az xəbər verir ki, ABŞ və İran arasında danışıqların üçüncü raundu aprelin 26-da Omanın paytaxtı Maskatda keçiriləcək.Bu barədə İranın Tasnim dövlət agentliyi mənbəyə istinadən məlumat yayıb.
Bundan əlavə, qeyd edilir ki, iki dövlətin texniki qrupları arasında danışıqlar İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşündən bir gün əvvəl baş tutacaq.
“Aprelin 26-da İran və Amerika ekspert qrupları ilk dolayı danışıqlarını keçirəcək, onun nəticələri iki ölkənin ən yüksək səviyyəli nümayəndələrinə (Araqçi və Vitkoff) çatdırılacaq. Bundan sonra Arakçi və Vitkoffun başçılığı ilə yüksək səviyyəli danışıqlar aparılacaq”, – mənbə bildirib.
Agentlik qeyd edib ki, həm texniki qrupların danışıqları, həm də Vitkoff və Araqçi arasında müzakirələr birbaşa olmayacaq, Omanın vasitəçiliyi ilə baş tutacaq.
Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian İran hökumətinin ABŞ-la bərabər şərtlərlə nüvə sazişi bağlamağa hazır olduğunu bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki