image-endonezyada-kacak-altin-madeninde-heyelan-15-olu-c9kibackend

İndoneziyada qeyri-qanuni qızıl mədənində torpaq sürüşməsi: 15 nəfər ölüb

İndoneziyanın Qərbi Sumatra əyalətində icazəsiz qızıl mədənində baş verən torpaq sürüşməsi nəticəsində 15 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, yerli hakimiyyət orqanları Qərbi Sumatrada torpaq sürüşməsi nəticəsində 15 nəfərin öldüyünü, çoxlu sayda insanın hələ də yerin altında qaldığını bildirib.
Qərbi Sumatra Əyalətinin Fəlakətlə Mübarizə Bölməsinin rəhbəri İrvan Əffendoi verdiyi açıqlamada, əyalətin Solok bölgəsində icazəsiz işləyən mədəndə qızıl çıxarmağa çalışan yerlilərin torpaq və palçıq qalaqları altında qaldığını söylədi.
Effendoi 3 nəfərin xilas edildiyini və yerin altında təxminən 25 nəfərin qaldığını düşündüklərini bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki