image-elon-musk-ihs-2105717_1backend

İlon Maskın Kanada vətəndaşlığını ləğv etmək üçün imza kampaniyası başladılıb

Kanadada ABŞ prezidenti Donald Trampın baş müşaviri İlon Maskın “ölkənin milli maraqlarına zidd fəaliyyətdə olduğu” əsası ilə vətəndaşlığından məhrum edilməsi üçün petisiya başlayıb.
Elchi.az xəbər verir ki, minlərlə kanadalı müəllif Qualia Ridin başlatdığı və Yeni Demokratik Partiyasının (NDP) deputatı Çarli Anqusun dəstəklədiyi petisiyanı imzalayıb.
Muskın “Kanadanın milli maraqlarına zidd fəaliyyətlərlə məşğul olduğunu” iddia edən petisiyada baş nazir Castin Trüdodan Cənubi Afrika əsilli Maskın ikili vətəndaşlığını ləğv etməyə və onu anası vasitəsilə sahib olduğu Kanada vətəndaşlığından məhrum etməyə çağırır.
Müraciətdə iddia edilirdi ki, iş adamı Mask “sərvətindən və gücündən Kanada seçkilərinə təsir etmək üçün istifadə edib” və “Kanadanın suverenliyini silməyə çalışan xarici hökumətin üzvüdür”.
50 mindən çox insanın imzaladığı petisiya iyunun 20-də İcmalar Palatasına təqdim olunacaq.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki