Amerikalı milyarder İlon Mask bəşəriyyəti yox olmaqdan xilas etməyin şərtini açıqlayıb. Biznesmenin sözlərinə görə, təkrar istifadə oluna bilən super-ağır “Starship” daşıyıcı raketləri Yer kürəsində insan həyatını məhv olmaqdan qorumağa kömək edəcək.
Elchi.az xəbər verir ki, bu barədə o , “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Ulduz gəmisi həyatı çox planetli edəcək və bürokratiya tərəfindən sıxışdırılmamaq şərti ilə onu Yer üzündə yox olmaqdan xilas edəcək” – deyə Mask bildirib.
İş adamı, həmçinin ABŞ -da hər il daha boğucu hala gələn hökumət qaydalarından şikayətləndi.
Nuranə Məmmədova