image-ilham-eliyevbackend

İlham Əliyev daha bir fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Elchi.az fərmanın mətnini təqdim edir:

“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 164 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 89 nömrəli və 23 iyul tarixli 153 nömrəli fərmanları) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 2.9-cu bənddə “62.3” rəqəmləri “62.2-ci maddələrində, 62.3-cü maddəsinin birinci cümləsində (hər iki halda), 65.2-ci maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilsin.

2. 2.11-ci bənddə “63.3, 65.2” rəqəmləri “63.3-cü maddəsində, 65.2-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki