image-6ee86a03-94d1-3034-beb3-4b3d053e107c_850backend

Husilər ABŞ-yə məxsus PUA-nı vurublar

Husilər ABŞ-nin daha bir pilotsuz uçuş aparatı (PUA) “MQ 9 Reaper”i vurublar.

Elchi.az  xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı husilərin nümayəndəsi Yəhya Sariyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, PUA Yəmənin cənub-qərbindəki Damar əyaləti üzərində vurulub.

Bildirilib ki, bu, bir həftə ərzində ələ keçirdikləri üçüncü ABŞ PUA-sıdır. Yaxın Şərqdə eskalasiya başlayandan (2023-cü il oktyabrın 7-dən – red.) bəri onlar 10 PUA-nı sıradan çıxara biliblər.

Döyüş və kəşfiyyat tapşırıqlarında istifadə edilən bu PUA modelinin dəyəri 35 milyon dollar qiymətləndirilir.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki