image-24backend

Hill: Trampın Rusiya və Ukrayna üzərində təsir rıçaqları yoxdur

ABŞ prezidenti Donald Trampın nə Rusiya, nə də Ukrayna üzərində təsir rıçaqları yoxdur

Elchi.az xəbər verir ki, “The Hill” qəzeti ABŞ prezidentinin Rusiya prezidenti Vladimir Putinə ultimatumunu dinlədikdən sonra bu qənaətə gəlib.

Tramp Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq etməklə hədələyərək Rusiyanı Ukraynada xüsusi hərbi əməliyyatı başa çatdırmağa çağırıb.

Nəşr qeyd edir ki, “Reallıq ondan ibarətdir ki, Trampın və bütövlükdə Birləşmiş Ştatların da bu münaqişədə hər iki tərəfə böyük təsir rıçaqları yoxdur”. Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev Trampın ultimatumunu şərh edib. Onun sözlərinə görə, dövlət başçılarının Ukrayna münaqişəsini başa düşmə səviyyəsi normadan aşağıdır.

Nəşr onu da vurğulayır ki, Tramp təhdidlərə baxmayaraq, ritorikasını yumşaldaraq, Rusiya xalqına və yaxşı münasibətdə hesab etdiyi lider Vladimir Putinə hörmətini ifadə edib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki