image-2842a0a6-7efd-33e5-a1c6-1af80419906e_850backend

Hikmət Hacıyev Pakistan səfirini qəbul edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddini qəbul edib.

Elchi.az xəbər verir ki, bu barədə səfir “X”də yazıb.

“Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdüm. Biz bütün sektorlarda Pakistan-Azərbaycan əməkdaşlığını daha da inkişaf etdirməyə sadiqik”, – diplomat əlavə edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki