image-nz0qpuxsmktc4yhtrvax20rusagqvz44lxnhaurt_1200backend

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün tədbir keçirilib

Avqustun 26-da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları üçün Heydər Əliyev Fondunun təşkilatçılığı və “Dəniz Mall”un dəstəyi ilə tədbir keçirilib.

Elchi.az xəbər verir ki, şəhidlərimizin bizə əmanəti olan övladları həmin məkanda təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif oyun aparatlarında, kartinq, boulinq, leqo meydançası və digər əyləncə məkanlarında oynayıb, rəqslərə qoşulublar.

Uşaqlar bu günün təəssüratını birgə nahar süfrəsi arxasında paylaşıblar.

Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

image-nxhcxkvma6tgbdqaehz7v6pwn31mjyuqpwmxyjra_640 image-yfpxaltjsnbjrqa2rma4kn2ahpdwqntljleomfdh_640 image-ki5e9infr6vidfa0g9e4p5z1yo84qu6qqquh0ti1_640 image-vxdgaw1ewjjyhe1jaq7zwu1hkeymwbfwehzjms35_640 image-inbsccmnusrtreyebqau7orgnhf2wfzk2bjqqy9g_640

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki