image-flas-hasan-nasrallahin-cenaze-toreni-yarin-gerceklestirilecekbackend

Həsən Nəsrullahın dəfn mərasimi sabah keçiriləcək

Sentyabrın 27-də İsrailin Livana hücumu nəticəsində dünyasını dəyişən Hizbullahın baş katibi Həsən Nəsrullahın cənazəsi sabah keçiriləcək mərasimlə dəfn ediləcək.
Elchi.az xəbər verir ki, İraq xəbər mənbələrinin məlumatına görə, İsrailin Livana hücumu nəticəsində həlak olan Hizbullah lideri Həsən Nəsrullahın dəfn mərasimi cümə günü keçiriləcək.
Mərasimin vaxtı və yeri ilə bağlı təfərrüatlar təhlükəsizlik baxımından xəbərlərə daxil edilməyib.
Livan rəsmiləri və mətbuatı hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Nəsrullah 2024-cü il sentyabrın 27-də İsrailin Livanın paytaxtı Beyruta endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki