Dünyada milyonlarla insanı əhatə edən Hepatit C virusuna qarşı ümidverici addım atılıb. Kopenhagen Universitetinin alimləri Hepatit C virusunun hüceyrələri necə yoluxdurduğunu açıqlayıblar. Bu mühüm kəşf xəstəliyə qarşı peyvəndin hazırlanmasına yol aça bilər.
Elchi.az xəbər verir ki, Hepatit C dünya üzrə təxminən 58 milyon insanda xroniki iltihaba səbəb olur və hər il 300 min insanın ölümünə səbəb olur.
Mövcud müalicələr virusun yayılmasını dayandırmaq üçün kifayət etməsə də, peyvəndin yaradılması səyləri uzun müddətdir ki, davam edirdi.
Ancaq virusun hüceyrəyə necə daxil olduğunu tam başa düşməmək bu prosesdə əsas maneə idi.
Kopenhagen Universitetində fənlərarası tədqiqat qrupu bu problemin həllində əhəmiyyətli irəliləyiş əldə edib.
Şayəstə Hüseynova