HƏMAS Hərəkatı Suriyada 61 illik Baas hakimiyyətinin devrilməsi münasibətilə Suriya xalqını təbrik edib.
Elchi.az xəbər verir ki, HƏMAS- ın verdiyi açıqlamada Suriya xalqının iradəsinə və siyasi seçimlərinə hörmət edildiyi bildirilib.
Bəyanatda “İslami Müqavimət Hərəkatı HƏMAS qardaş Suriya xalqını azadlıq və ədalət istəklərini reallaşdırmaqda əldə etdikləri uğurlara görə təbrik edir. Biz bütün Suriya xalqını öz sıralarını birləşdirməyə, daha böyük milli həmrəylik nümayiş etdirməyə və keçmişin ağrılarına qalib gəlməyə çağırırıq”, – ifadələrdən istifadə edilmişdir.
Bəyanat belə davam edib:
“Həmas və Fələstin xalqı olaraq biz böyük Suriya xalqının yanındayıq. Biz Suriyanın birliyini, ərazi bütövlüyünü, Suriya xalqına, onun iradəsinə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq.
Biz sionist işğalının Suriya ərazisinə təkrar vəhşi hücumlarını qəti şəkildə pisləyirik. Biz Suriya xalqını və onların torpaqlarını hədəf alan hər hansı sionist planının və ya hədəfinin qəti əleyhinəyik”.
Nuranə Məmmədova